Arzu Rəhimov nə qədər `maskalanmalıdır` ki Kürdəmirdəki AYIB ÖRTÜLSÜN... - İTTİHAM VAR!
Məlumdur ki, nəinki müharibə dövründə, hətta sülh şəraitində belə orduda xidmətdən yayınmağa can atanlar, bunun üçün lazım olan qədər rüşvət verənlər hər zaman olub.
İmkanlı və vəzifəli şəxslər öz oğlan övladlarını hərbi qulluqdan yaındırmağa çalışırlar.
Müharibə dövründə isə bu hal pik həddə çatır, imkanı olan valideynlər nəyin bahasına olursa-olsun öz övladlarını müharibədən yayındırmağa çalışırlar.
Belə məqamda qoca kişilərin dedikləri yada düşür:
SSRİ-nin rəhbəri Stalinin oğlu Yakov Cuqaşvili müharibədə öldü, Bağırovun oğlu müharibədə öldü.. Hətta Mir Cəfər Bağırov müharibədə ölən oğlu Volodyanın meyidinin Bakıya gətirlməsinə də icazə verməyib.
Bütün bunlar nə zamansa olub, yəni nağıl-zad deyil.
Amma təəssüf ki, zaman dəyişib.
Bəli, Azərbaycan 1988-ci ildən bu günədək, yəni 35 ildir ki, müharibə vəziyyətindədir. Və müharibənin nə zaman tam bitəcəyi də tam bəlli deyil.
Təkcə son iki gündə şəhid olanlarımız var.
Yəni təkcə son 35 ildə hərbi səfərbərliyə məsul olan hərbi komissarlar bəlkə də minlərlə, on minlərlə sağlam gənci “neqodnu” edərək, ordudan yayındırıb.
Bu on minlərlə “neqodnu”nun qiyməti neçə milyonlar deməkdir.
Bəli, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti deyilən dövlət qurumu var. Və rəisi də cənab Arzu Rəhimovdur.
Bu qurum rüşvətin qarşılığında on minləri “neqodnu” edib, on minləri döyüş bölgəsindən kənarda hərbi xidmət keçməyə göndərib, on minləri idman klublarına cəlb edərək, müharibədən, hərbi qulluqdan yayındırıb.
Biz hələ hərbi komisarların təmir-tikinti, hərbi qulluqdan möhlət vermək, tender adı altında mənimsədikləri pulu bura əlavə etsək, ən kiçik rəqəm milyardlar olar.
Belə hərbi qurumlardan birinə də cənab Həbib Əliyev rəhbərlik edir.
Söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi olan polkovnik Həbib Əliyevdən gedir.
Həbib Əliyevin əməlləri ilə bağlı bircə fakta nəzər salaq.
Deməli, Həbib Əliyev hər dəfə orduya növbəti çağırış prosesinə ciddi hazırlaşır. Bu hazırlıq isə, çağırışdan möhlət almaq istəyən çağırışçıların və əlbəttə ki, onların əvəzinə, hətta hərbi xidmətə yararsız olsalar belə, orduya göndəriləcək gənclərin müəyyənləşdirilməsindən ibarətdir. Bu gün də Səfərbərlik Xidmətinin Kürdəmir rayon şöbəsində rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi şöbədə geniş tətbiq edilir. Mediada Həbib Əliyevlə bağlı konkret olaraq belə bir fakt öz əksini tapıb.
Belə ki, Kürdəmir şəhər sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən orduya hərbi xidmətə göndərilib. Çağırışçı tibbi komissiyada baxışdan keçərkən, komissiyanın üzvü olan cərrah gələcək əsgərin ayaqlarında ciddi problem olduğunu (yastıdabanlıq) və bu səbəbdən də xidmətə yararsız olduğunu qeyd edib. Lakin, bu zaman məsələyə müdaxilə edən Həbib Əliyev həkimin qərarına məhəl qoymayıb və yararsız çağırışçı orduya yola salınıb. Bundan sonra çağırışçı Dövlət Sərhəd Xidməti Qoşunlarının hərbi hissələrindən birinə göndərilib. Lakin tez bir zamanda bu çağırışçının xidmətə yararsız olması aşkarlanıb. Belə ki, hərbi qaydada addımlamaq məşğələlərindən sonra əsgərin halı pisləşib, bədən hərarəti yüksəlib və nəticədə o, sanitar hissəsinə gətirilib. Burada isə, onu müayinə edən həkimlər əsgərin “yastıdabanlıq”dan əziyyət çəkdiyini dərhal aşkar ediblər. Bundan sonra, təbii ki, əsgər hətta heç hərbi and içməyə belə macal tapmadan geriyə, evlərinə yola salınıb.
Yəni Həbib Əliyev və digər hərbi komissarlar özləri ilə bərabər həkimləri də cinayət əməlinə bulaşdırırlar.
Yaxşı, yuxarıda qeyd etdiyimiz daşdan keçək faktdan sonra nə üçün Həbib Əliyevin əməllərinə son qoyulmadı.
Axı, bunu bütün dövlət qurumları bildi.
Sərhəd Xidməti bildi, rayon rəhbərliyi bildi, hətta Xidmətin rəisi cənab Arzu Rəhimov da bildi.
Onu da qeyd edək ki, Həbib Əliyev uzun illər Kürdəmirin sabiq icra başçısı, hazırda məhbus həyatı yaşayan Ceyhun Cəfərovla şərikli işləyib.
Heç kimə sirr deyil ki, Xidmətin rəisi general Arzu Rəhimov polkovnik Həbib Əliyevi ciddi-cəhdlə müdafiə edir. Niyə..?
Bu artıq hüquq-mühafizə orqanlarının işidir. /gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti